DÜNYA


Fransada “sarı jilet”lər aksiyasının səkkizinci mərhələsi başlayıb

Paris, 5 yanvar, AZƏRTAC

Fransada “sarı jilet”lər aksiyasının səkkizinci mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Paris şəhər meriyası qarşısından başlayan aksiyanın iştirakçılarının Milli Assambleyadan keçərək Yelisey çölləri prospektinə toplaşacağı bildirilib. Ölkə üzrə 4 min polisin səfərbər olunduğu bildirilir.

Etiraz aksiyaçılarının prezident Emmanuel Makrona ünvanladıqları açıq məktub hökumət tərəfindən sərt qarşılanıb. Onlar aksiya iştirakçılarını hakimiyyəti devirmək istəməkdə mühakimə ediblər. Polisə qəti tədbirlər görmək və əyalətlərdə əsas avtobanlarda toplaşan etiraz aksiyaçılarını dağıtmaq tapşırılıb.

Yanvarın ikinci yarısında aksiyaçıların tələbləri ilə bağlı milli debatların başlayacağı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.