DÜNYA


Fransada senator Süleyman Kərimova qarşı irəli sürülən ittihamlar götürülüb

Bakı, 28 iyun, AZƏRTAC

Fransada rusiyalı senator Süleyman Kərimova qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub.

AZƏRTAC xəbər verir ki, bunu RİA Novosti agentliyinə senatorun vəkili bildirib. Əlavə şərh vermək istəməyən vəkilin sözlərinə görə, Kərimovun pasportu yaxın vaxtlarda geri verilməlidir, girov qoyulan pul da qaytarılacaq.

Rusiyalı senator Süleyman Kərimov ötən ilin noyabrından Fransada istintaq altında saxlanılır. Ona qarşı pulların yuyulması və vergidən yayınma üzrə ittiham irəli sürülüb. Senator 5 milyon avro girov müqabilində sərbəst buraxılsa da, azadlığı məhdudlaşdırılıb, o cümlədən Sahilyanı Alplar departamentinin ərazisini tərk etməsi qadağan olunub. Dekabrın əvvəlində girovun məbləği 40 milyon avroyadək artırılıb.

Xatırladaq ki, Süleyman Kərimov RF Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.