DÜNYA


Fransada tıxacların uzunluğu 1053 kilometri keçib

Paris, 17 iyul, AZƏRTAC

Yay tətilinin başlaması ilə Fransa daxilində tıxacların uzunluğu 1053 kilometri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bison Fute dövlət yol hərəkəti saytı məlumat yayıb. Bildirilib ki, ölkədə iyulun 17-də saat 12:05 radələrində 1053 kilometr tıxac qeydə alınıb. Halbuki ötən şənbə günortadan sonra tıxacların uzunluğu 1166 kilometr olub. Ölkə ərazisində gediş qırmızı, dönüş isə narıncı rənglə təsnif edilib. Marsel istiqamətində 178.3 kilometr, Böyük Şərq istiqamətində isə 136.5 kilometr tıxac qeydə alınıb.

“Bison Fute” saytının məlumatına əsasən ölkənin bəzi yollarında tıxacların 10 saatdan 16 saata qədər, digərlərində isə 9 saatdan 16 saata qədər davam edəcəyi ehtimal olunur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.