İDMAN


Fransalı pilot Yuber F 2 mərhələsində qəza nəticəsində həlak olub

Bakı, 2 sentyabr, AZƏRTAC

Belçikanın Spa-Frankorşam avtodromunda Formula 2 mərhələsi üzrə ilk yürüş keçirilməli idi. Lakin artıq ikinci dairədə - “Qırmızı su” döngəsinin çıxışında pilotlar Antuan Yuber, Xuan Manuel Korrea və Marino Satonun iştirakı ilə ciddi qəza baş verib.

AZƏRTAC xəbər verir ki, Sato qəza yerini sərbəst şəkildə tərk edə bilib, ancaq Yuber və Korreanın səhhəti barədə heç bir məlumat verilməyib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Amma həkimlərin səylərinə rəğmən sentyabrın 1-də, Belçika vaxtı ilə saat 18:35-də Yuber vəfat edib. Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Həlak olan pilotun sentyabrın 22-də 23 yaşı tamam olacaqdı.

Xuan Manuel Korrea isə xəstəxanadadır. Onun vəziyyəti sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.