Fransanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
AzerTAg.az
Tehran, 11 sentyabr, AZƏRTAC
Fransanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransada dərc olunan “Charlie Hebdo” qəzetində Məhəmməd Peyğəmbərin karikaturasının çap olunmasına etiraz bildirilib.
Aksiya iştirakçıları dünya müsəlmanlarının etiqadının təhqir edilməsinin yolverilməz olduğunu bəyan edərək Fransa hökumətindən belə qeyri-etik nəşrlərə qarşı tədbir görülməsini tələb ediblər. Diqqətə çatdırılıb ki, söz və fikir azadlığı heç də müqəddəs hesab olunan dəyəri təhqir etmək deyil.
Aksiya insidentsiz başa çatıb.
Qeyd edək ki, adıçəkilən qəzet 2015-ci ildə də Məhəmməd Peyğəmbərin karikaturasını dərc etmişdi. Həmin vaxt qəzetin redaksiyasına hücum olmuş və redaksiya dağıdılmışdı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin mətnində orfoqrafik səhv var