SİYASƏT
Fransisko Roxas Aravena: Dünya ictimaiyyətini qeyri-qanuni iqtisadi fəaliyyətlərlə bağlı geniş məlumatlandırmaq lazımdır VİDEO
Cenevrə, 10 aprel, AZƏRTAC
BMT-nin Cenevrə Bölməsinin qərargahında “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfransla bağlı AZƏRTAC-a açıqlama verən BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena bu tədbirdə iştirakından şad olduğunu bildirib. O, rəhbərlik etdiyi universitetin konfransın təşkilatçılarından biri olduğuna görə də məmnunluq duyduğunu qeyd edib.
Fransisko Roxas Aravena vurğulayıb ki, beynəlxalq ictimaiyyəti qeyri-qanuni iqtisadi fəaliyyətlərlə bağlı geniş məlumatlandırmaq lazımdır. Beynəlxalq hüquq üzərində qurulmuş beynəlxalq konsensus zəruridir və bunun yeganə yolu BMT çərçivəsində multilaterallığı irəli çəkməkdir. Bu gün Cenevrədə keçirdiyimiz tədbir buna nail olmağa kömək edir. Beləliklə, beynəlxalq münasibətlərdə multilateralizm və beynəlxalq hüquq güclənir. Hesab edirəm ki, Sülh Universitetinin yeni nəsilləri münaqişənin həllinə və münaqişədən sonrakı həyata hazırlaması bu yolda vacib amildir. Biz gələcəyə yeni ümidlə baxırıq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə