DÜNYA
Fransua Olland: Trampın Avropa İttifaqına “təzyiqi” ilə barışmaq olmaz
Bakı, 3 fevral, AZƏRTAC
Fransa Prezidenti Fransua Olland Avropa İttifaqının 27 ölkəsinin liderlərinin Maltada keçirilən qeyri-formal sammitində ABŞ Prezidenti Donald Trampın Aİ-yə “təzyiqi” ilə barışmamağa çağırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl Tramp Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını alqışladığını bildirib, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib, NATO-nu mühüm, lakin “köhnəlmiş” təşkilat adlandırıb və Rusiya ilə münasibətlərin normallaşması perspektivini açıqlayıb.
Trampın sözlərini şərh edən Olland Avropanın “kənardan məsləhətlərə ehtiyacı olmadığını” deyib. O, həmçinin qeyd edib ki, Aİ hər zaman transatlantik əməkdaşlığa can atacaq, lakin qərarları “öz maraqlarına və dəyərlərinə uyğun olaraq” verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]