İDMAN


Fuad Cəfərov Memorialı çərçivəsində keçirilən yarışlarda növbəti turun partiyaları oynanılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq “Masters” turnirinin ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda - “Masters” turnirində İran təmsilçisi Araş Təhbaz (2468) 2 xalla liderdir. İkinci yeri tutan ukraynalı Mixail Simantsev (2401) də maksimum xal qazanıb. Üçüncü pilləyə isə 1,5 xalla gürcüstanlı Davit Benidze (2480) sahib olub. Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə (2337) 1,5 xalla dördüncü yerdədir. Digər şahmatçılarımız Ülvi Bacarani (2421) və Abdulla Qədimbəylinin (2409) cəmi 1 xalı var

Festival çərçivəsində rapid üzrə yarışlarda 6 turun oyunları keçirilib. Turnir cədvəlinə maksimum xalla azərbaycanlı şahmatçı Read Səmədov (2019) başçılıq edir. Loğman Quliyev (2252) və Vüqar Əsədli 5 xalla ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Otuz yeddi şahmatçının mübarizə apardığı C qrupunda (11 yaşadək) 3 oyundan 3 xal toplayan Tunar Davudov (1478) şəriksiz liderdir.

Səksən şahmatçının qatıldığı “Open” turnirində isə iranlı Arya Omidi 1 xalla ilk yerdədir. Onunla yanaşı, 36 şahmatçı da hərəyə 1 xal qazanıb.

Fuad Cəfərov Memorialına yanvarın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.