MƏDƏNİYYƏT


Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən nümayəndə heyəti ilə görüşüb

Bakı, 31 oktyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşüb.

Heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, “Azərbaycan Hava Yolları”nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub. Məqsəd Bakı-Nyu-York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqda məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Azərbaycanda yəhudi irsi barədə, həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqda geniş məlumatlar verilib.

Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib.

Xarici qonaqlar öz növbələrində ABŞ-da Azərbaycan haqda təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.

Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-dan gələn turistlərin sayı 15 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 8 faiz artım deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.