MƏDƏNİYYƏT


Fulya Öztürk: Bu sənədli film bütün dünyaya Ermənistanın körpə qatili olduğunu göstərir VİDEO

Ankara, 10 oktyabr, AZƏRTAC

“Fulya” sənədli filmi çox təsirlidir. Təqdimatda tamaşaçıların hamısının gözləri yaşlıydı. Ekran əsərini təsirsiz izləmək mümkünsüzdür. Film göstəriləndə heç kəs yerindən qalxmadı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Fulya” sənədli filminin baş qəhrəmanı, tanınmış türkiyəli telejurnalist Fulya Öztürk ifadə edib.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib: “Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.