İDMAN


Futbol üzrə Azərbaycan Kuboku turnirinin püşkü atılıb

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də futbol üzrə Azərbaycan Kuboku uğrunda turnirin 2018-2019-cu il mövsümünün püşkü atılıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə yarışda iştirak edəcək 12 komandanın rəqibləri müəyyənləşib. Kubok uğrunda turnirdə Premyer Liqada çıxış edən 8 klubla yanaşı, I Divizionda mübarizə aparan 4 klub da iştirak edəcək.

Püşkatma mərasimində komandalar üç səbətə bölünüblər. Birinci səbətdə yer alan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” mübarizəyə dörddəbir finaldan başlayacaq. Püşk zamanı “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” ikinci, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” klubları üçüncü səbətdə yer alıblar.

Püşkün nəticələrinə əsasən, dekabrın 6-da keçiriləcək səkkizdəbir finalda “Ağsu” – “Sabah”, “Şüvəlan” – “Keşlə”, “Sumqayıt” – “Qaradağ Lökbatan” və “Səbail” – “Kəpəz” görüşləri oynanılacaq. Səkkizdəbir finalda komandalar bir oyun keçirəcəklər.

Turnirin dörddəbir finalında “Qəbələ” klubu “Ağsu” - “Sabah”, “Qarabağ” komandası isə “Şüvəlan” - “Keşlə” görüşlərinin qalibi ilə qarşılaşacaq. Dörddəbir finalın digər oyunlarında isə “Neftçi” komandası “Sumqayıt” - “Qaradağ Lökbatan”, “Zirə” isə “Kəpəz” - “Səbail” matçlarında üstün olan tərəflə üz-üzə gələcək. Bu görüşlər dekabrın 15-16-da, cavab qarşılaşmaları isə dekabrın 19-20-də oynanılacaq.

Turnirin yarımfinal matçları aprelin 23-də, cavab oyunları mayın 1-də keçiriləcək. Final qarşılaşması isə mayın 19-da baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.