İDMAN


Futzal üzrə Azərbaycan millisinin Moldova yığması ilə oyunlar üçün heyəti açıqlanıb

Bakı, 22 fevral, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, beş gün sonra isə Çoreskuda Moldova yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, fevralın 25-də start götürəcək hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Shojaei ( hamısı “Araz-Naxçıvan”), Emin Kürdov, Tofiq Mikayılov, Samir Həmzəyev (hər üçü “Ekol”), Oktay Rüstəmli, Cavad Məmmədov (hər ikisi “Neftçi”), Thiago Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (“ACCS FUTSAL”, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) və Oliveira Da Nascimento (klubsuz) dəvət olunublar.

Ölkə xaricində çıxış edən futbolçular toplanışa fevralın 28-dən sonra qoşulacaqlar.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Moldova oyunu martın 4-də Bakı İdman Sarayında təşkil olunacaq. Qarşılaşmanı italiyalı hakim Culio Kolombin idarə edəcək. Ona san-marinolu Daniele Dadamo köməklik göstərəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.