İDMAN
Futzal üzrə İspaniya millisinin üzvü Azərbaycan komandasını çətin rəqib hesab edir
Madrid, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Kolumbiyada start götürəcək futzal üzrə dünya çempionatında Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq İspaniya millisinin təcrübəli oyunçusu Pako Sedano yerli mətbuata açıqlama verib. O, Azərbaycan və İran milli komandalarının qrup mərhələsində onlara çətinlik yarada biləcəyini söyləyib.
P.Sedano deyib: “Bu, çox təhlükəli qrupdur. Azərbaycan və İran komandaları ilə oyunda səhvlər çox baha başa gələ bilər. Biz öz rəqiblərimizi tanıyırıq və onlara qarşı necə oynamaq lazım olduğunu bilirik”.
Xatırladaq ki, futzal üzrə dünya çempionatında Azərbaycan komandası İspaniya, İran və Mərakeş komandaları ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]