CƏMİYYƏT


Füzuli rayon sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon sakinləri İlkin Əhmədov, əvvəllər məhkum edilmişlər Sərvan Əliyev və Əli Bəylərov polis əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.