CƏMİYYƏT


Füzuli şəhərində Azərbaycan bayrağının sancıldığı "Araz" qəzetinin redaksiya binası 3D formatda bərpa edilib

Bakı, 20 noyabr, AZƏRTAC

"Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi işğaldan azad edilən Füzuli şəhərində Azərbaycan bayrağının sancıldığı "Araz" qəzetinin redaksiya binasını 3D formatda bərpa edib.

İctimai birlikdən AZƏRTAC-a verilən məlumata görə, 2013-cü ildən fəaliyyətə başlayan "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi ənənəvi olaraq işğal olunmuş rayonların tarixi, memarlıq və dini-mədəni abidələrinin, müasir binalarının 3D formatında bərpasını həyata keçirir. Bu günədək ictimai birlik tərəfindən Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının abidələri 3D formatında bərpa edilib, hər bir rayona aid “virtual səyahət” 3D qrafik təsvirli filmlər hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.