REGİONLAR


Füzuli taxılçıları 11,2 min hektar sahədə səpin aparıblar

Füzuli, 23 oktyabr, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Füzulidə fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini davam etdirirlər.

Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 36 min hektar sahədə payızlıq şum qaldırılıb, 4350 hektarda arpa, 6850 hektarda buğda səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 36 min 700 hektarda taxıl səpilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Füzuli rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 36 min 964 hektar sahədə taxıl becərilib, 115 min tondan çox məhsul əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.