İQTİSADİYYAT
GƏLƏN İL “AZƏRİQAZ”A VERİLƏN MAVİ YANACAĞIN HƏCMİ ARTACAQDIR
Gələcəkdə Mərkəzi Azəridən hasil olunan qazın lay təzyiqinin saxlanılması və yanacaq üçün istifadə olunan hissəsindən artıq qalanı 28 düymlük sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunmaqda və yeni qaz boru kəməri ilə ölkə daxilində istifadə üçün “Azəriqaz” sisteminə ötürülməkdə davam edəcəkdir.
Çıraq platformasından hasil olunan səmt qazı hazırda mövcud 16 düymlük sualtı qaz kəməri ilə Dövlət Neft Şirkətinin Neft daşlarındakı kompressor stansiyasına göndərilir, Çıraqda hasil olunan səmt qazının qalanı isə 2006-cı ilin birinci rübündə Mərkəzi Azəri kompressor və suvurma platforması (KvəSP) işə salınandan sonra bu platformaya ötürüləcəkdir. KvəSP gələn il Çıraq platformasında əməliyyat tələbinə uyğun olaraq qazın məşəldə yandırılmasını dayandırmağa imkan verəcəkdir.
2005-ci il ərzində Çıraqdan Azərbaycana 1 milyard kubmetrdən artıq səmt qazı təhvil veriləcəkdir.
İndiyədək Çıraq və Mərkəzi Azəri platformalarından Azərbaycana ümumilikdə 1,7 milyard kubmetr səmt qazı təhvil verilmişdir.