ELM VƏ TƏHSİL
GƏNCƏ MƏKTƏBLƏRİNDƏ İNTERNET MƏRKƏZLƏRİ ACILMIŞDIR
Azərbaycanın təhsil naziri Misir Mərdanov və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Harmoniya” təşkilatının nümayəndəsi Cim Torin Gəncədə səfərdə olmuş, bu təşkilatın xətti ilə şəhərin bir neçə orta məktəbində təşkil edilmiş internet mərkəzlərinin açılışında iştirak etmişlər.
Əvvəlcə şəhər icra hakimiyyətində qonaqlarla görüş keçirilmişdir. İcra hakimiyyətinin başçısı Eyvaz Babayev çıxış edərək, şəhərin ümumtəhsil sistemindəki vəziyyət barədə ətraflı məlumat vermişdir. Təhsil naziri Misir Mərdanov, “Harmoniya “ təşkilatının nümayəndəsi Cim Torin Azərbaycanın dünya təhsil sisteminə qoşulmaq üçün geniş imkanlara malik olduğunu vurğulamışdır.
Sonra qonaqlar Gəncənin 2, 4, 28 və 39 nömrəli orta məktəblərində, internet mərkəzlərinin açılışında iştirak etmişlər. Daha sonra Gəncə Dövlət Pedaqoji Universitetində şəhərin ali və orta ixtisas məktəblərin nümayəndələri gələn il 170 yaşını qeyd edəcək İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin pedaqoji kollektivi ilə görüşlər keçirilmişdir.