İQTİSADİYYAT
“GƏNCƏ SƏNAYE CİHAZ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİ SATIŞA ÇIXARILMIŞDIR
Müsabiqədə xarici sərmayədarlar da iştirak edə bilərlər. Müsabiqə iştirakçıları yüksək keyfiyyətli sənaye, məişət sayğacları istehsalı və satışı, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması, müasir texnolgiyaların tətbiqi, məhsulun keyfiyyətinin beynəlxalq standartlara cavab verməsi və çeşidinin genişləndirilməsi kimi məsələlər əksini tapan sərmayə proqramı təqdim etməli, dövlət büdcəsinə ödəniləcək 400 min manat vəsaitdən, Komitəyə təqdim olunacaq 25 min ədəd dövlət özəlləşdirmə çekindən az olmayaraq müvafiq təkliflər verməlidirlər. Xarici sərmayədarlar isə dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları təklif etməlidirlər.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflər iyunun 5-dək qəbul olunur.