ELM VƏ TƏHSİL
“GƏNCLƏR SAĞLAM HƏYAT TƏRZİ SEÇİB”
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə bu komissiyanı yaratmaqla, həmin təhlükəyə qarşı mübarizə işini dövlət səviyyəsinə qaldırmışdır. Komissiya “ağ ölüm”ə qarşı qətiyyətlə mübarizə aparır. Hər il respublikamızda narkomaniya ilə bağlı təxminən 1800-1900 adam cinayət məsuliyyətinə cəlb olunur.
Avropa İttifaqının eksperti Pol Kuk bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilmiş narkomanlığın insan sağlamlığına vurduğu zərbələrdən, bu zərərli vərdişə qarşı mübarizədən, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından, tələbə gənclərin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışmış, tələbələri maraqlandıran sualları cavablandırmışdır.