İDMAN
GİMNASTIMIZ RUSİYANIN AÇIQ ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK
Azərbaycan gimnastı Ruslan Quliyev iyunun 12-15-də Moskvada Rusiyanın açıq çempionatında iştirak edəcəkdir. Çempionata Gürcüstan, Latviya, Litva, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Moldova idmançıları da gələcəklər. Yarışlar Afina Olimpiadasının cədvəlinə uyğun keçiriləcəkdir.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, çempionat çərçivəsində MDB və Baltikyanı ölkələrin gimnastika federasiyaları rəhbərlərinin müşavirəsi olacaqdır. Tədbirdə ölkəmizi AGF-nin baş katibi Çingiz Şamilov təmsil edəcəkdir. Müşavirədə Afina Olimpiadasının və Beynəlxalq Gimnastika Federasiyasının (BGF) bu il oktyabrın 21-23-də Antalyada çağırılacaq 75-ci seçki konqresinin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]