İDMAN
“GÖMRÜKÇÜ” FUTZAL KOMANDASI RESPUBLİKA TURNİRİNİN QALİBİDİR
İki həftə davam edən yarışda Dövlət Gömrük Komitəsi, Ədliyyə, Daxili İşlər, Maliyyə nazirlikləri, Dövlət Neft Şirkəti, Konstitusiya Məhkəməsi və “Pepsi” şirkəti təmsil olunurdu.
Dövlət Gömrük Komitəsinin “Gömrükçü” komandası turnirdə Ədliyyə Nazirliyinin (6:4), “Pepsi” şirkətinin (5:0), Daxili İşlər Nazirliyinin (10:2), Dövlət Neft Şirkətinin (9:2), Maliyyə Nazirliyinin (8:3), Konstitusiya Məhkəməsinin (5:3) komandalarını məğlub edərək, çempion adını qazanmışdır. İlk üç yeri tutan komandalara kubok və qiymətli hədiyyələr verilmişdir. Ən məhsuldar oyunçu və ən yaxşı qapıçı da mükafatlandırılmışdır.
Dövlət Gömrük Komitəsinin komandası bu turnirdə artıq üçüncü dəfədir birinci yeri tutduğuna görə xüsusi mükafata da layiq görülmüşdür. Komandanı bu yarışa “Gömrükçü” İSM-nin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev hazırlamışdır. Komandanın bu uğurunda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərovun da böyük rolu olmuşdur.