ELM VƏ TƏHSİL


“GÖRKƏMLİ ALİMLƏRİN BEYNƏLXALQ QEYDİYYATI” KİTABINA DAHA BİR AZƏRBAYCAN ALİMİNİN ADI DÜŞMÜŞDÜR

Amerika Bioqrafiya İnstitutunun “Görkəmli alimlərin beynəlxalq qeydiyyatı” kitabının 12-ci nömrəsində 100 görkəmli alim haqqında məlumat verilmişdir. Onların arasında Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəylinin də adı vardır.

İngiltərənin Kembric Universiteti tərəfindən yüksək poliqrafik səviyyədə nəşr edilmiş kitabda bildirilir ki, İ.Həbibbəyli 54 kitabın və broşürün, 300-dən çox elmi məqalənin müəllifidir. O, bir çox ölkələrdə keçirilmiş elmi məclislərdə, simpozium və seminarlarda məruzələr etmişdir.

Amerika Bioqrafiya İnstitutunun “Görkəmli alimlərin beynəlxalq qeydiyyatı” kitabına adı düşən ilk Azərbaycan alimi, Milli Məclisin deputatı Cəlal Əliyev olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.