GOYÇAYDA ƏLİLLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq Əlillər günü münasibətilə Göyçay rayon Müəllimlər Evində tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Əlillərin Sosial Müdafiəsi Mərkəzinin direktoru Hüseyn Həsənov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əlillərə olan daimi diqqət və qayğısından, bu siyasətin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışmışlar. Bildirilmişdir ki, hazırda rayonda 5400-dən artıq əlil yaşayır.
Sonra 150 əlilin hər birinə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun ayırdığı 15 manat məbləğində maddi yardım göstərilmişdir.
Tədbir bayram konserti ilə davam etdirilmişdir.