SİYASƏT
GUÖAM-IN İNFORMASİYA OFİSİ KİYEVDƏ YERLƏŞƏCƏK
Ukrayna Ali Radası müvafiq Əsasnaməni ratifikasiya edərək, GUÖAM-ın informasiya ofisinin Kiyevdə yerləşməsinə razılıq vermişdir.
“GUÖAM-ın Kiyevdəki informasiya ofisi barədə Müvəqqəti Əsasnamənin ratifikasiya edilməsi haqqında” Qanun tələb olunan 226 səs əvəzinə 368 səslə qəbul olumuşdur. Qəbul olunmuş sənəd informasiya ofisinin vəzifələrini müəyyənləşdirir, ştatını və fəaliyyət qaydasını təsdiqləyir.
Ukrayna Konstitusiyasına uyğun olaraq, beynəlxalq müqavilə parlamentin təsdiqindən sonra qüvvəyə minir.
Xatiırladaq ki, Azərbaycan GUÖAM-ın İnformasiya ofisində müşavir qismində təmsil olunmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev