DÜNYA
GÜRCÜSTANIN KVEMO KARTLİ-BORÇALI BÖLGƏSİNİN SABİQ QUBERNATORUNUN VƏKİLLƏRİ ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu Kvemo Kartli-Borçalı bölgəsinin sabiq qubernatoru Levan Mamaladzeyə məxsus mülklərin müsadirə edilməsi barədə qərar verilməsi üçün dairə məhkəməsinə müraciət etmişdi. Siyahıya Tbilisi şəhərinin Ateni küçəsindəki yaşayış evi, Qardabani rayonunun Savkisi kəndindəki torpaq sahəsi və Şindisi kəndində üçmərtəbəli yaylaq evi daxil idi. Dairə məhkəməsi Baş Prokurorluğun müraciətinə müsbət cavab vermişdir. Lakin L.Mamaladzenin vəkilləri Arçil Kbilaşvili və Aleksandr Aladaşvili qərarı qeyri-qanuni sayaraq Ali Məhkəməyə şikayət etmişlər.
Vəkillərin sözlərinə görə, adı çəkilən mülkiyyət Levan Mamaladzeyə məxsus deyildir. Onlar Ali Məhkəmənin qanunsuzluğa yol verməyəcəyinə ümid bəsləyir, ancaq hökumət tərəfindən təzyiq göstəriləcəyini və Ali Məhkəmənin prokurorluğun tələbini ödəyəcəyini də istisna etmirlər.
Xatırladaq ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra Baş Prokurorluq Levan Mamaladzeni vəzifəsindən sui–istifadə etməkdə müqəssir sayaraq onun barəsində cinayət işi qadırmışdı.