GÜRCÜSTAN POLİSİ İMTAHAN VERİR
AzerTAg.az
Gürcüstan Daxili İşlər Nazirliyinin qərarına əsasən, iyulun 25-dən başlayaraq bütün polis işçiləri attestasiyadan keçəcəklər.
Daxili işlər nazirinin birinci müavini Şota Asatiani AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, nazirliyin və Tbilisi Şəhər Polis İdarəsinin əməkdaşları attestasiyadan keçdikdən sonra bölgələrin polis idarələri əməkdaşlarının “imtahan”ları başlanacaqdır. Daxili işlər naziri və onun müavinlərindən, sıravi texniki işçilərdən savayı, qalan bütün polis əməkdaşlarının ölkə Konstitusiyası, “Polis haqqında” Qanun və digər qanunvericilik aktları barədə bilikləri yoxlanılacaqdır. Sınaqdan çıxa bilməyənlər sistemdən uzaqlaşdırılacaqlar. Attestasiyanın nəticəsindən razı qalmayanlar daxili işlər nazirinə ərizə ilə müraciət etmək hüququna malikdirlər.
Xəbərin mətnində orfoqrafik səhv var