SİYASƏT
GÜRCÜSTAN PREZİDENTLİYİNƏ NAMİZƏDİN TƏQDİMETMƏ MƏRASİMİ
Əvvəl elan olunduğu kimi, bu vəzifəyə onların vahid namizədi “Millətçi hərəkat” blokunun lideri Mixail Saakaşvilidir. Prezidentliyə namizədin seçki qərargahına “Burcanadze-demokratlar”ın liderlərindən biri, Gürcüstanın Dövlət naziri Zurab Jvaniya rəhbərlik edəcəkdir. Xatırladaq ki, o, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin də seçki qərargahının rəhbəri olmuşdur.
Təqdimetmə mərasimində Gürcüstan prezidenti səlahiyyətlərinin icraçısı Nino Burcanadze bildirmişdir ki, seçki kampaniyasının başlanması ilə ölkə öz həyatının mühüm mərhələsinə qədəm qoyur və Gürcüstanın, xalqın taleyinə və gələcəyinə biganə qalmayan hər bir vətəndaş bu kampaniyada da, qarşıdakı seçkilərdə də fəallıq göstərməyə borcludur.
Gürcüstanın keçid dövrü iqtidarı nümayəndələrinin rəyincə, onların namizədinə seçkilərdə elə bir ciddi rəqib görünmür və Mixail Saakaşvilinin prezident seçkilərində tam qələbəsinə ümid böyükdür.