REGİONLAR
“Gələcəyin birİNCİləri” intellektual oyunu başa çatıb
Masallı, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Gənclər Fondunun maliyyə dəstəyi ilə ölkəmizin cənub bölgəsində həyata keçirilən “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin icrası Masallıda başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir.
İntellektual oyunlarda 16-29 yaş qruplarında gənclərdən ibarət 7 komanda qələbə uğrunda mübarizə aparıb.
Yarışdan əvvəl keçirilən tədbirdə çıxış edən “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihənin məqsədi haqqında danışaraq gəncləri yarışda fəal olmağa çağırıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mehman Zahidov çıxışında dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülmüş içlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
İntellektual oyunların nəticələrinə əsasən ilk üç yeri qazanmış komandaların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomlar təqdim edilib.
Qeyd edək ki, layihə çərçivəsində intellektual oyunlar Lənkəran, Astara və Lerik rayonlarında da keçirilib.