ELM VƏ TƏHSİL


“Gələcəyin müəllimləri” mövzusunda növbəti təlim keçirilib

Bakı, 18 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi Pedaqoji fakültənin tələbələri üçün “Gələcəyin müəllimləri” mövzusunda növbəti təlim keçirib. Müəllim peşəsinin əhəmiyyəti ilə bağlı tələbələri maraqlandıran bir çox mövzuları əhatə edən təlimin spikeri Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olub.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Şöbə müdiri təlim iştirakçılarına peşəkar müəllim olmağın yollarından və müəllim peşəsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu peşənin ən vacib tərəfi müəllimin tədris etdiyi fənni, təlim strategiyası və metodlarını mükəmməl bilməsi, pedaqoji bacarıqları və təcrübəsinin olmasıdır. Bundan əlavə, spiker tərəfindən müəllimlərin peşəkar inkişafını təmin etməyin yolları, gənc müəllimlər və onların işlə təmin olunması kimi aktual mövzulara toxunulub.

Müəllimlərin peşəkar inkişafına və pedaqoji fəaliyyətinə Təhsil İnstitutunun verdiyi töhfələri vurğulayan M.Məhərrəmov sonda iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.