DÜNYA


Gələn il ATƏT-ə Şimali Makedoniya sədrlik edəcək

Gələn il ATƏT-ə Şimali Makedoniya sədrlik edəcək

Vyana, 2 dekabr, AZƏRTAC

Polşanın Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclası birgə bəyanat qəbul olunmadan başa çatıb.

AZƏRTAC xəbər verir ki, ATƏT-in iştirakçısı olan 57 dövlətin xarici işlər nazirləri və rəsmi nümayəndələrinin qatıldığı iclasda Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar və regional təhlükəsizlik çağırışlarından tutmuş insan alveri riskləri və enerji təhlükəsizliyi sahəsindəki yeni çağırışlara kimi müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Toplantı Polşanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına icazə verməməsi və Rusiyanın buna sərt reaksiyası ilə də yadda qalıb.

Nazirlər Şurasının iclası ATƏT-in fəaliyyətdə olan sədri Polşanın təşkil etdiyi sonuncu yüksək səviyyəli tədbir olub. Gələn ilin yanvarın 1-də Şimali Makedoniya təşkilata sədrlik edəcək.

ATƏT-in Baş katibi Helqa Mariya Şmid sona çatmaqda olan ilə yekun vuraraq bildirib ki, geriyə nəzər salarkən, bu il müharibənin özü ilə gətirdiyi dağıntıları və təşkilatın müharibənin yaratdığı çətinlikləri yüngülləşdirməyə çalışdığını və təkcə Ukraynada deyil, eləcə də digər regionlarda sabitlik və təhlükəsizliyin təmin olunması üçün çalışan aktor və qurumları dəstəklədiyini görmək mümkündür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.