İQTİSADİYYAT
Gəmiçilik profilaktik tədbirləri davam etdirir
Bakı, 11 yanvar, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Sabit Orucov”, “Bakinskaya-3”, “Bakinskaya-5”, “Bakinskaya-6”, “Hövsan”, “Akademik Zərifə Əliyeva”, “Qəhrəman Hacıyev”, “Qaradağ”, “Orion-3”, “Orion-20”, “Abşeron-14”, “Çalqan-4”, “Çalqan-10”, “Şimal-1”, “BMK-6795”, “BMK-7219”, “BMK-7648”, “Orion-18” gəmilərində, Şəmsi Rəhimov və Xudu Məmmədov küçələrində yerləşən yataqxanalarda, Dənizçilik Kollecinin Yataqxanasında, Dəniz Nəqliyyatı Donanmasının inzibati binası, “Zığ” zavodunun yeməkxanası və paltardəyişmə yerlərində, Xəzər Dəniz Neft Donanmasının yeməkxanası və paltardəyişmə yerlərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.