CƏMİYYƏT


Gəmiçimizin cənazəsinin Vətənimizə göndərilməsi üçün konsulluq tərəfindən lazımi dəstək göstərilir

İstanbul, 3 dekabr, AZƏRTAC

“Meric Wind Maritime and Trading Co. Marshall İsland” şirkətinə aid “Ünzilə Ana” gəmi sahibinin nümayəndəsi Mustafa Ceylan tərəfindən verilən şifahi məlumata istinadən bildiririk ki, Azərbaycan Respublikası vətəndaşı olan dənizçi Anar Orucov dekabrın 1-də saat 02:46 radələrində Qara dənizin Eregil limanında (Zonquldağ vilayəti) lövbər salmış gəmidən dənizə düşüb. Hadisənin dənizçinin gəminin ön tərəfinə keçərkən ayağının kəndirə dolaşması nəticəsində baş verməsi gəmi kamerası tərəfindən qeydə alınıb.

Bu barədə AZƏRTAC-a ölkəmizin İstanbuldaki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, cəsəd bu gün səhər saatları tapılıb, hazırda mərhumun atası və dayısı üçün şirkət tərəfindən təyyarə biletlər alınıb və onların İstanbula gəlmələri gözlənilir. Mərhumun qohumları İstanbulda qarşılanıb Zonquldağ vilayətinə yola salınacaqlar. Şirkətin səlahiyyətli nümayəndəsinə cənazənin göndərilməsi və müvafiq sənədləşmə işləri ilə əlaqədar konsulluq tərəfindən lazımi dəstək göstərilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.