SİYASƏT


“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir

Bakı, 22 iyul, AZƏRTAC 

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgəyə təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələr, həmçinin şəhid olmuş, eləcə də ön xətdə xidmət edən hərbi qulluqçuların övladları göndərilib. Yeniyetmələr burada təşkil olunan yarışlarda, müsabiqələrdə iştirak etməklə yanaşı, hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti, eləcə də müxtəlif silah və texnika ilə tanış olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.