ELM VƏ TƏHSİL


Gənc alimlərin tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin, AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayevin və ABŞ Buffalo Universitetinin Kimya departamentinin aparıcı elmi işçisi Jochen Autschbachın birgə həmmüəllifi olduqları məqalə “Journal of Molecular Modeling” jurnalında nəşr olunub.

Məqalədə ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmaları Mərkəzinin texniki imkanlarından istifadə olunmaqla aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində kvant kimyəvi hesablamaları ilə triazin-2-tionların nümunəsində üçkomponentli kondensləşmə reaksiyalarının təcrübi-nəzəri mexanizmi müfəssəl tədqiq edilib.

Məqalə SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi “Neft mənşəli məhsulların istismar xassələrini kəskin yaxşılaşdıran yeni, kombinə təsirə malik antioksidantların yaradılması” adlı qrant layihəsi çərçivəsində hazırlanıb.

Xatırladaq ki, məqalənin dərc olunduğu “Journal of Molecular Modeling” jurnalı “Web of Science”, “Google Scholar” kimi nüfuzlu elmi bazalarda indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.