CƏMİYYƏT


Gənc atalar üçün seminarlar keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

“Atam məni sevir – Məsuliyyətli atalığın əhəmiyyətinin aşılanması” layihəsi çərçivəsində paytaxtda və regionlarda gənc atalar üçün seminarlar keçiriləcək.

Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi ataların gender bərabərliyi məsələsində rolunu stimullaşdırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq, qadınlara və qızlara qarşı zorakılığı aradan qaldırmaqdır.

Layihə çərçivəsində ilk seminar fevralın 27-28-də Qaxda təşkil olunacaq. Digər tədbirlər isə Mingəçevir (1-2 mart), Sumqayıt (10-11 mart), Lənkəran (13-14) və Bakıda (16-17) keçiriləcək.

Qaxda və Mingəçevirdəki seminarda iştirak etmək üçün fevralın 25-dək, Sumqayıt, Lənkəran və Bakıda təşkil olunacaq tədbirlərə qatılmaq üçün isə martın 7-dək https://cutt.ly/qkZzeQD keçidindən istifadə edərək qeydiyyatdan keçmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.