İDMAN


“Gənc istedadlar” komandası “Gənclər kuboku” şahmat turnirinə liderlik edir

Bakı, 19 iyun, AZƏRTAC

Xəzər Universitetinin Şahmat Akademiyasında keçirilən “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, FIDE qaydaları üzrə keçirilən turnirdə üç turdan sonra “Gənc istedadlar” komandası liderdir. “Chess.az” və “Armaqeddon” komandaları isə 2-3-cü yerləri bölüşürlər.

İyunun 19-da - turnirdə dördüncü və beşinci turun oyunları keçirilir. Yarış iyunun 21-dək davam edəcək.

“Gənclər kuboku”nda “Armaqeddon”, “Chess.az”, “Ulduz”, “Gənc ulduzlar”, “Gənc istedadlar”, “I&M”, “Naxçıvan”, “Bakı-Sumqayıt” və “Elfim” komandaları mübarizə aparırlar.

Turnirdə yalnız reytinqli şahmatçılar iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.