REGİONLAR


Gənc könüllülər Şəhidlər xiyabanında təmizlik işləri görüblər

Göyçay, 24 iyun, AZƏRTAC

Göyçay rayonunda gənc könüllülər koronavirus pandemiyasının törətdiyi təhlükə ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq mütəmadi olaraq tənha və ahıl insanlara yardımlar edir, gənclər arasında maarifləndirmə aparır, xeyirxah, nəcib aksiyalar həyata keçirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göyçaylı gənc könüllülər sakinlər tərəfindən rəğbətlə qarşılanan daha bir nəcib aksiya təşkil ediblər. Belə ki, onlar karantin rejimi şəraitində Şəhidlər xiyabanına gələrək burada təmizlik və səliqə-sahman işləri görüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.