SİYASƏT


Gənc kursantlar atış çalışmalarını yerinə yetirir VİDEO

Bakı, 4 sentyabr, AZƏRTAC

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kursunda təhsil alan kursantlar ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər.

Çalışmaların yekununda gənc kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.