MƏDƏNİYYƏT


Gənc yazarların “Mirzə Şəfi Məclisi”nin növbəti toplantısı olub

Bakı, 8 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi” bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin müdiri Azər Abdullayev gənc yazarlara muzey barədə məlumat verərək onlara yaradıcılıq uğurları arzulayıb.

“Mirzə Şəfi Məclisi”nin sədri Gülzar İbrahimova bildirib ki, məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.

Məclisdə gənc yazarlar yeni əsərlərini oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.