MƏDƏNİYYƏT


Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gürcüstanda yeni tamaşa hazırlayıb

Tbilisi, 29 oktyabr, AZƏRTAC

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanın Axmeteli Teatrının dəvəti ilə qonşu ölkədə yeni tamaşa hazırlayıb.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının direktor müavini və rejissoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Namiq Hacıyev AZƏRTAC-a bildirib ki, İ.Gözəlova tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Noyabrın 2-də tamaşanın premyerası olacaq.

N.Hacıyev deyib ki, Azərbaycandan gəlmiş rejissorun Gürcüstanda tamaşa hazırlaması ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Gələcəkdə daha bir neçə belə tamaşanın hazırlanması nəzərdə tutulub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.