REGİONLAR


Gəncə Dövlət Dram Teatrının baş rejissoru Gürcüstanda yeni tamaşa səhnələşdirib

Gəncə, 28 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanda yeni tamaşa səhnələşdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rejissor Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun “Çığ” (Uçqun) adlı əsərinə Tbilisinin Axmeteli Dövlət Dram Teatrında quruluş verib.

Tamaşada teatrın aparıcı aktyorları Andria Qvelesiani, Maiko Vatsadze, Tamriko Bejuaşvili, Mamuka Mazavrişvili və digərləri rol alıblar.

Səhnə əsəri hər tərəfdən qarlı dağlarla əhatələnmiş kiçik bir kənddə baş verən hadisələr və uçqun təhlükəsindən qorunmaq üçün sakinlərin səssizliyə necə riayət etmələrindən bəhs edir.

“Çığ” tamaşasının premyerası dekabrın 3-də baş tutacaq. Yeni səhnə əsəri dekabrın 4-də və 21-də də nümayiş etdiriləcək.

Qeyd edək ki, İ.Gözəlova Axmeteli Dövlət Dram Teatrı ilə sıx əməkdaşlıq edir. Rejissor ötən il bu teatrda tanınmış gürcü yazıçı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyniadlı tamaşa səhnəyə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.