CƏMİYYƏT


Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 25 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi iyunun 25-də “Azərbaycan Dəmir Yolları” QSC-nin 4 saylı Gəncə Dəmiryolu Enerji Təchizatı sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üçün nəzəri bilik və praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Məşqdə müəssisənin rəhbərləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin şəxsi heyəti və mülki müdafiə qüvvələrinə cəlb olunmayan işçilər də iştirak ediblər. Tədbirin yekununda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.