REGİONLAR


Gəncə çayı lal axır... FOTO VİDEO

Gəncə, 23 may, Rauf Hacıyev, AZƏRTAC

Mənbəyini əzəmətli Qafqaz dağlarından götürən Gəncə çayının sahilləri yazda xüsusilə gözəl olur. Təbiətin ilıq nəfəsi zirvəsi buludlara çatan, göydən nəm çəkən bu dağların qarını əridib Gəncə çayına qarışdıranda onun sahillərində füsunkar bir mənzərə yaranır. Əvvəlcə iti axınla dik yamaclar arasından sıyrılıb çıxan Gəncə çayı dar dərələrdə hirslə iri sal qayalara dəyib gurultu qoparır. Elə ki, dağlardan enən coşqun sular öz yatağına üz qoyur, Gəncə çayının da səsi dəyişib həzin bir nəğməyə çevrilir. Nəhayət, geniş düzənliyə çıxan çay yatağı boyunca qıvrıla-qıvrıla axıb lal axınla Ana Kürün görüşünə tələsir.

Çayın sahillərində bitən salxım söyüdləri, dərələr boyunca uzanan zümrüd meşələri, zərif çiçəkləri seyr etdikcə, ötüşən quşların bəstəsini dinlədikcə insanın duyğuları durulur, qəlbi həzin bir təbiət nəğməsinə köklənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.