İQTİSADİYYAT


“Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kvadratmetr) 18-48-49 nömrəli mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 180 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.