REGİONLAR
Gəncədə “Zəfər” adlı fləşmob keçirilib VİDEO
Gəncə, 3 noyabr, E.Məmmədov, AZƏRTAC
Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən “Zəfər” adlı fləşmob keçirilib. Fləşmob Gəncənin Heydər Əliyev adına meydanında təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fləşmobda M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin, 17 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və “Zəfər” sözünün əksini canlandırıblar.
Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]