REGİONLAR


Gəncədə komanda-qərargah təlimindən görüntülər VİDEO

Gəncə, 8 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlərə nazirliyin Mülki müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətinə uyğun komandir-rəis heyətinin əməliyyat şəraitinin qiymətləndirilməsi, təhlilin aparılması, təkliflərin hazırlanması, qərarların qəbul edilməsi, qüvvə və vasitələrin idarə edilməsi üzrə vərdişlərinin daha da təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı Mülki müdafiə qoşunları şərti olaraq zəlzələ, sel, subasma və digər şərti fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, dağıntı zonasında xilasetmə işlərinin aparılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər yerinə yetirilib. Həmçinin partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların ilkin həyat təminatının təmin olunması məqsədilə çadır şəhərciyində yerləşdirilməsi də məşq edilib.

Ümumilikdə təlimə Mülki müdafiə qoşunları tərəfindən 1021 nəfərdən ibarət şəxsi heyət, 163 ədəd müxtəlif təyinatlı texnika cəlb olunub.

Uğurla yerinə yetirilən təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.