SİYASƏT


Gəncənin raketlə vurulması xəbəri nüfuzlu “Arabnews” qəzetinin baş məqaləsi kimi dərc edilib

Qahirə, 12 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raketlə vurulması xəbəri Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetinin baş məqaləsi kimi dərc edilib.

AZƏRTAC xəbər verir ki, Ermənistanın dinc sakinlərə qarşı vəhşiliyini əks etdirən fotoşəkillərin, Gəncə sakinləri ilə müsahibələrin və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının da yer aldığı məqalədə Azərbaycanın beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırdığı qeyd olunub.

“Rəsmi Bakı bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir”, - deyə baş məqalədə vurğulanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.