CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurasının sədri “The Youth Action Week” tədbirində iştirak edir
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycandan olan nümayəndə heyəti və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev Gənclər departamentinin 50 illiyinə həsr olunan "The Youth Action Week" tədbirində iştirak edir.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, Strasburq şəhərində keçirilən tədbirin məqsədi Avropa Şurasının gənclər sektorunun 50 illik yubileyini qeyd etmək və onun gənclər üçün aktuallığını, gənclər siyasətini və Avropa Şurasının demokratiyanın və qanunun aliliyinin təşviqində missiyasını əks etdirməkdir.
Tədbirin sonunda iştirakçılar tərəfindən kampaniya çərçivəsində yerli, milli və beynəlxalq müstəvidə təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:18]
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]