Gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında keçirilən yarışın qalibləri mükafatlandırılıb VİDEO
AzerTAg.az
Ağsu, 19 sentyabr,AZƏRTAC
Ağsuda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın yüngül atletika və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu şəhər stadionunda keçirilən yarışda 25 yaşa qədər olan 30-a yaxın gənc iştirak edib. Onlar əsasən turnikdə dartınmada və 1000 metrədək məsafəni qət etməklə güclərinin sınayıblar. Gənclər yarışlarda böyük fəallıq nümayiş etdiriblər. Sonda qalib idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, “Sağlam bədəndə sağlam ruh” devizi altında təşkil olunan yarışların ölkənin 40-a yaxın rayon və şəhərində keçirilməsi nəzərdə tutulub.







Xəbərin mətnində orfoqrafik səhv var